Menyu

Azərbaycan atleti Avropa birinciliyində qızıl medal qazandı

Əziz Əzizli
Azərbaycan atleti Avropa birinciliyində qızıl medal qazandı

Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan yığma komandasının üzvü Ravin Alməmmədov (81 kq) birdən qaldırma hərəkətində 151 kq-ı ram edərək qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan atleti təkanla qaldırma hərəkətində 187 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Ravin Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medala layiq görülüb.

Teqlər:

"Az\u0259rbaycan atleti Avropa birinciliyind\u0259 q\u0131z\u0131l medal qazand\u0131"

Əlaqəli Xəbərlər