Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb İlham Əiyevi təbrik edib.
"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza firavanlıq, tərəqqi arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, 2024-cü il noyabrın 12-13-də Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm. Mən Sizin dəvətinizi məmnunluqla qəbul etmişəm və COP29-da iştirak etməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Teqlər:
"Finlandiya Prezidenti \u0130lham \u018fiyevi t\u0259brik edib"