Menyu

Abbas Abbasov: BTQ və “Tavini” partiyası arasında əməkdaşlıq dekolonizasiya prosesinə töhfə verəcək

Abbas Abbasov: BTQ və “Tavini” partiyası arasında əməkdaşlıq dekolonizasiya prosesinə töhfə verəcək

Fransız Polineziyasının hakim “Tavini” partiyası ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında əməkdaşlıq memorandumu bu regionun dekolonizasiya prosesinə töhfə verəcək.

“Operativ Media” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, aprelin 30-da BMT-nin Vyanadakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə konfrans təşkil olunub və bu çərçivədə əməkdaşlıq memorandumu imzalanıb.

“Bu memorandumla təkcə siyasi sahədə deyil, həm də təhsil və səhiyyə sahələrində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, sabah Milli Məclisdə Fransız Polineziyasına həsr olunmuş konfrans keçiriləcək. “Tavini” partiyası ilə Bakı Təşəbbüs Qrupu arasındakı əməkdaşlıq Fransız Polineziyasının dekolonizasiya prosesinə töhfə verəcək”, - A.Abbasov vurğulayıb.//Report//

Teqlər:

"Abbas Abbasov: BTQ v\u0259 \u201cTavini\u201d partiyas\u0131 aras\u0131nda \u0259m\u0259kda\u015fl\u0131q dekolonizasiya prosesin\u0259 t\u00f6hf\u0259 ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər