Menyu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Nərmin Qocamanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdədir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Komitədən "Operativ Media"ya bildirilib ki, səfərin məqsədi qardaş ölkənin müvafiq dövlət orqanları və təşkilatları ilə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir.

Nümayəndə heyəti tərəfindən Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı və Heydər Əliyev Parkı ziyarət olunub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli Liderin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra onlar Anıtqəbir, Atatürk və Qurtuluş Savaşı Muzeyi ilə də tanış olublar.

Teqlər:

"Dini Qurumlarla \u0130\u015f \u00fczr\u0259 D\u00f6vl\u0259t Komit\u0259sinin n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti T\u00fcrkiy\u0259d\u0259 s\u0259f\u0259rd\u0259dir"

Əlaqəli Xəbərlər