"Can Azərbaycanın Müstəqillik Gününü ən səmimi hisslərimlə təbrik edirəm".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici İşlər naziri Hakan Fidan "X"də bildirib.
"Şanlı Azərbaycan bayrağının vətənin hər qarışında sərbəst dalğalandığı bu mübarək gündə müstəqillik uğrunda canlarını verən bütün şəhidlərimizi rəhmət və ehtiramla yad edirəm", - o, qeyd edib.