Menyu

Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Nərmin Qocamanlı
Türkiyə Milli Təhlükəsizlik Şurası bu gün Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Azərbaycan və Ermənistan arasındakı sülh prosesi müzakirə ediləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu il üçüncü dəfə toplanacaq.

Bildirilib ki, iclasda Türkiyənin İraqın və Suriyanın şimalında keçirdiyi əməliyyatlar və Fələstin münaqişəsi başda olmaqla bir sıra məsələlər müzakirə olunacaq:

"MTŞ-nin iclasında digər regional və beynəlxalq məsələlər, xüsusən də Rusiya-Ukrayna müharibəsi, Azərbaycan və Ermənistan arasında sülh prosesi, İranda baş verənlər və Yunanıstanla münasibətlər də müzakirə olunacaq".

 

Teqlər:

"T\u00fcrkiy\u0259 Milli T\u0259hl\u00fck\u0259sizlik \u015euras\u0131 bu g\u00fcn Az\u0259rbaycan-Erm\u0259nistan s\u00fclh prosesini m\u00fczakir\u0259 ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər