Böyük Britaniya və Şimali İrlandiyanın Kralı: Ölkələrimiz sıx əməkdaşlığı davam etdirəcəklər
Mən xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndirirəm.
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlzın Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.
“Ümid edirəm ki, ölkələrimiz gələcək nəsillərimizə fayda verəcək mühüm qlobal məsələlərdə, istər sülh və rifah, istərsə də ətraf mühit və iqlim dəyişikliyi məsələlərində sıx əməkdaşlığı davam etdirəcəklər”, - məktubda vurğulanır.