MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrda Moskvada keçiriləcək
Nərmin Qocamanlı
MDB ölkələrinin Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 7-8-də Rusiya Federasiyasında keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
"Rusiya Federasiyasının təklifi ilə Hökumət Başçıları Şurasının növbəti iclasının 2024-cü il noyabrın 7-8-də Rusiya Federasiyasında keçirilməsi planlaşdırılır", - o deyib.