Ərdoğan administrasiyası: Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib
Nərmin Qocamanlı
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hələlik dəqiq tarix yoxdur, lakin tərəflər daimi əlaqədədirlər.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Cümhuriyyəti Prezidentinin Administrasiyasından RİA Novosti-yə bildiriblər.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəmdə qaldığını, tarixlərin hələ razılaşdırılmadığını, yaxın gələcəkdə müzakirə olunacağını bildirib .