"İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfat xəbəri bizi dərindən kədərləndirdi".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan "X"də bildirib.
"Dost və qardaş İran xalqının dərin ağrısını bölüşür, həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə başsağlığı verirəm.
Bölgəmizin içində olduğu böhranlı dövrdə yaxından işləmək imkanı əldə etdiyim Abdullahiyanın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfələri böyük məmnuniyyətlə xatırlayıram", - o, qeyd edib.