Menyu

Azərbaycan XİN İrana başsağlığı verib

Nərmin Qocamanlı
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib:

"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahyanin, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

"Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir", - paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər