Menyu

Yaşıl enerji dəhlizinin yaradılmasına dair görüş keçirilib

Yaşıl enerji dəhlizinin yaradılmasına dair görüş keçirilib

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizinin yaradılmasına dair sözügedən ölkələrin nazirlərinin görüşü olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizinin yaradılmasına dair Nazirlərin Tbilisi görüşü irəliyə doğru daha bir addım oldu. Layihənin texniki-iqtisadi əsaslandırılmasına dair ilk hesabat və layihənin fiber-optik komponenti ilə bağlı təqdimat CESI tərəfindən nümayiş etdirilib. Layihənin həyata keçirilməsinə cavabdeh olan təşkilat kimi Birgə Müəssisənin yaradılması, tezliklə Birgə Müəssisə üzvləri arasında Anlaşma Memorandumu imzalanması və fiber optik kabel və PCI/PMI statusu ilə bağlı atılacaq növbəti addımlar barədə razılığa gəldik", - nazir qeyd edib. 

Teqlər:

"Ya\u015f\u0131l enerji d\u0259hlizinin yarad\u0131lmas\u0131na dair g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Əlaqəli Xəbərlər