Menyu

Hakan Fidan və Antoni Blinken arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Hakan Fidan və Antoni Blinken arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, telefon danışığı zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.

Hakan Fidan Qəzzada ən qısa zamanda qalıcı atəşkəsin yaradılmasının vacibliyinə toxunub. Eyni zamanda, o, humanitar yardımların bölgəyə çatması qarşısındakı maneələrin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb. Fidan, İsrailin Rəfaha hücumunun da qəbuledilməz olduğunu bildirib.

Teqlər:

"Hakan Fidan v\u0259 Antoni Blinken aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər