Menyu

Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb - YENİLƏNİB

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

Məlumata görə, Belarus lideri Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. Dövlət başçılarının görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.

***
15:23

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşündə bildirilib.

Qeyd olunub ki, Belarus prezidentinin ölkəmizə səfəri planlaşdırılır.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər