Aktau-Bakı marşrutu üzrə konteyner daşımalarında rekord həcm qeydə alınıb
Nərmin Qocamanlı
Qazaxıstanın “Kazmortransflot” milli gəmiçilik şirkətinin (“KazMunayQaz”ın törəmə müəssisəsi) konteyner daşıyıcıları bu il Xəzər dənizindən Aktau-Bakı marşrutu üzrə 100 min tondan çox yük nəql edib.
"Operativ Media" “KazMunayQaz” şirkətinin məlumatına istinadən xəbər verir ki, orta göstərici 2500 TEU (iyirmi futlu ekvivalent) olmaqla, aprel ayında rekord sayda – 2850 TEU (təxminən 35 min ton yük) konteyner daşımaları qeydə alınıb. “Kazmortransflot”un konteyner daşıyıcıları hər ay orta hesabla bu istiqamətdə 8-9 dairəvi reys həyata keçirir, Asiya ilə Avropa arasında əlaqəni təmin edirlər.
Qazaxıstan Respublikasının “KazMunayQaz” milli neft-qaz şirkəti 7 tankerə, 2 quru yükdaşıyan və 3 konteynerdaşıyan gəmiyə sahibdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net