Menyu

İrəvanda müxalifətin etiraz aksiyası başlayıb

Əziz Əzizli
İrəvanda müxalifətin etiraz aksiyası başlayıb

Ermənistanın "Vətən uğrunda Tavuş" hərəkatının bir neçə min tərəfdarı hökumətə etiraz etmək üçün İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıb.

Bu barədə "Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir.

Respublika meydanı etirazçılarla dolub, Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan da onlara qoşulub. Meydanın yaxınlığında polis qüvvələri və xüsusi texnika var.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti mayın 9-da planlaşdırılan etiraz aksiyasının iştirakçılarına xəbərdarlıq edərək, konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz hərəkətin qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə qarşısının alınacağını vəd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər