Menyu

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-da iştirak etməyə dəvət edib

Nərmin Qocamanlı
Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-da iştirak etməyə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi COP29-a dəvət edib.

"Operativ Media" xəbər verir ki, dövlət başçısı bu barədə bolqarıstanlı həmkarı ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı söyləyib ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır.

"Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək", - dövlət başçısı qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər