Menyu

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını saxlayır, onun alternativi yoxdur"

Nərmin Qocamanlı
Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını saxlayır, onun alternativi yoxdur"

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu, əlbəttə ki, hazırkı şəraitdə aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, - məlumatda qeyd edilib.

Teqlər:

"Rusiya X\u0130N: \u00dc\u00e7t\u0259r\u0259fli b\u0259yanat aktuall\u0131\u011f\u0131n\u0131 saxlay\u0131r onun alternativi yoxdur\""

Əlaqəli Xəbərlər