Menyu

Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB

Nərmin Qocamanlı
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
 
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Pakistan tərəfdaşlıq əlaqələrinin dinamikasından məmnunluq ifadə olunub, dövlət və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səfər və təmaslarının bu əlaqələrin inkişafına xüsusi təkan verdiyi bildirilib.
 
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı fonunda ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
 
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli təsisatlar çərçivəsində Pakistan ilə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə önəm verdiyi bildirilib.
 
Cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yaşıl enerji sahəsində Azərbaycan-Pakistan tərəfdaşlığı üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub

***

22:10

Azərbaycan və Pakistan XİN başçıları arasına görüş olub.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, tərəflər Azərbaycan və Pakistan arasında strateji münasibətlərin dinamikasından məmnunluq ifadə ediblər.

Bundan başqa görüşdə dövlətlərarası əlaqələrin inkişafına xüsusi təkan verən ən yüksək səviyyədə qarşılıqlı səfərlərin və dövlət və hökumət nümayəndələri arasında əlaqələrin dərin əhəmiyyəti vurğulanıb.

Həmçinin COP29 çərçivəsində çoxtərəfli platformalar və tərəfdaşlıqlar üzrə qarşılıqlı faydalı əməkdaşlıq diqqət mərkəzində olub.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Pakistan X\u0130N r\u0259hb\u0259rl\u0259ri aras\u0131nda g\u00f6r\u00fc\u015f olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər