Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
Azərbaycanın ABŞ-dəki səfirliyi mayın 8-də Texas ştatının Hyuston şəhəri və ətraf ərazilərində konsulluq xidməti təşkil edəcək.
“Operativ Media” xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
“Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaqdır. Tələb olunan sənədlərə dair ətraflı məlumata link vasitəsilə keçid edə bilərsiniz: https://washington.mfa.gov.az/az/content/245/umumi-melumat. Müraciət etmək üçün [email protected] ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net