Menyu

Azərbaycan XİN: "Ölkəmizdə media Böyük Britaniyadakı kimi azad və demokratikdir"

Nərmin Qocamanlı
Azərbaycan XİN: "Ölkəmizdə media Böyük Britaniyadakı kimi azad və demokratikdir"

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çatışmır:

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

Xatırladaq ki, Ferqus Auld "X"də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər