Menyu

Səadət Partiyasının sədri HƏMAS Siyasi Bürosunun sədri ilə görüşüb

Nərmin Qocamanlı
Səadət Partiyasının sədri HƏMAS Siyasi Bürosunun sədri ilə görüşüb

Türkiyənin Səadət Partiyasının sədri Temel Karamollaoğlu İstanbulda Həmas Siyasi Bürosunun sədri İsmail Haniyə ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Fələstin və Qəzzada baş verən son hadisələr müzakirə edilib.

Səadət Partiyasının İstanbul Millət vəkili Mustafa Kaya, Hatay Millət vəkili Necmettin Çalışkan, sədr müavini Ersan Bilgin və İstanbul İl sədri Ömər Faruk Yazıcının qatıldığı səfərdə bölgədə baş verən insan faciəsi və Fələstin xalqının yaşadığı çətinliklər diqqət mərkəzində olub.

Görüşdə beynəlxalq ictimaiyyətin Fələstinin azadlığı və müstəqilliyi üçün bundan sonra da addımlar atmalı olduğu vurğulanıb. Səadət Partiyası Fələstin xalqının yanında olduğunu bir daha bəyan edilərək İslam dünyasının həmrəy olması lazım olduğu vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər