Putin və Si Cinpin təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Nərmin Qocamanlı
Beynəlxalq və regional təhlükəsizlik məsələləri bu və ya digər şəkildə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında danışıqlar zamanı həll olunacaq.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu və ya digər şəkildə beynəlxalq təhlükəsizlik, regional təhlükəsizlik məsələləri qeyd olunacaq və onlara toxunulacaq”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Putin daha öncə may ayında Çinə səfər etməyi planlaşdırdığını açıqlamışdı.
Teqlər:
"Putin v\u0259 Si Cinpin t\u0259hl\u00fck\u0259sizlik m\u0259s\u0259l\u0259l\u0259rini m\u00fczakir\u0259 ed\u0259c\u0259kl\u0259r"