Menyu

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Nərmin Qocamanlı
Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.

"Operativ Media" xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Teqlər:

"Az\u0259rbaycan Prezidenti: Enerji qaz v\u0259 neftl\u0259 z\u0259ngin \u00f6lk\u0259l\u0259r iqlim d\u0259yi\u015fikliyi il\u0259 m\u00fcbariz\u0259d\u0259 \u00f6nd\u0259 getm\u0259lidirl\u0259r"

Əlaqəli Xəbərlər