Menyu

Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Nərmin Qocamanlı
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

"Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum", - deyə paylaşımda qeyd olunub

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər