Menyu

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərliyi ilə videokonfrans formatında KTMT-nin 23-cü görüş baş tutub. Ermənistan KTMT-yə üzv ölkələrin hərbi əməkdaşlığının inkişafı üzrə hərbi komitənin iclasında iştirak etməyib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.

İclasda KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov, KTMT baş katibinin müavini Taalatbek Masadikov, təşkilata üzv dövlətlərin müdafiə idarələrinin, Birləşmiş Qərargahın və KTMT Katibliyinin nümayəndələri iştirak ediblər.

Ermənistan təmsilçisi iştirakçılar arasında olmayıb.

Görüş zamanı KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidlər müzakirə edilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər