Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.
“Operativ Media” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda deyilir.
Qeyd edək ki, İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net