Menyu

ATİB Prezident İlham Əliyevi dəstəkləyir - BƏYANAT

Nərmin Qocamanlı
ATİB Prezident İlham Əliyevi dəstəkləyir - BƏYANAT

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib.

ATİB-dən "Operativ Media"ya verilən məlumata görə, bəyanatda deyilir ki, növbəti prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək: "30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq. İlham Əliyevə uğurlar arzulayırıq və keçirələcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyirik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər