Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”.
Prezident İlham Əliyev bu gün ölkəmiz qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net