Menyu

Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı - Elçin Əmirbəyov

Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı - Elçin Əmirbəyov

Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən Fransa kəşfiyyatının manipulyasiyasının qurbanı olub. Bu isə Fransanın ermənipərəst mövqeyi və hərəkətləri ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir.

"Operativ Media" xəbər verir ki, Fransanın "L’Opinion" qəzetində bu gün dərc olunmuş Paris-Bakı münasibətlərinin kəskinləşməsinə dair məqalədə Azərbaycana qarşı casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Rayanın həbsi təhlil edilib.

Müəllif saxlanılan şəxsin yaxınlarına istinad edərək vurğulayır ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən və rəsmi statusuna uyğun olmayan hərəkətlərinə görə Azərbaycan hökuməti tərəfindən ölkədən çıxarılan iki Fransa xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub.

Məqalədə qeyd olunur ki, səfirliyin sözügedən əməkdaşları Rayanı öz iradəsinə zidd olaraq üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə vadar edərək, onu təhlükəli oyunlarında oyuncağa çeviriblər.

Ümumilikdə, bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsindən bəhs edən müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərinə istinad edir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransanın qərəzli ermənipərəst mövqeyi, o cümlədən Paris tərəfindən İrəvana silah və texnikanın davamlı tədarükü, habelə, Fransanın BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək üçün fəal cəhdlərini qınayıb.

"Nəticədə "Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı". Üstəlik, o, davranışı ilə “Avropa Birliyinin bu məsələdəki roluna mənfi təsir göstərir", - Elçin Əmirbəyov vurğulayıb.

Teqlər:

"Fransa Erm\u0259nistanla Az\u0259rbaycan aras\u0131nda normalla\u015fma prosesind\u0259n k\u0259narda qald\u0131 - El\u00e7in \u018fmirb\u0259yov"

Əlaqəli Xəbərlər