Qazaxıstan Prezidenti gələn il Azərbaycana səfər edəcək
Gələn il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan lideri azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibətilə təbrikində bildirib.
Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.
Teqlər:
"Qazax\u0131stan Prezidenti g\u0259l\u0259n il Az\u0259rbaycana s\u0259f\u0259r ed\u0259c\u0259k"