İcma Ermənistana qondarma rejimin dirçəldilməsi cəhdləri ilə bağlı etiraz edib
Qərbi Azərbaycan İcması Qarabağdakı keçmiş qanunsuz rejimin qondarma qurumu “dirçəltməyə”çalışmaları ilə bağlı bəyanat yayıb.
"Operativ Media" xəbər verir ki, İcmanın bəyanatında deyilir:
"Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə”çalışmaları haqqında məlumat yayılmışdır.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net