MSK Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
Nərmin Qocamanlı
Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
"Operativ Media" xəbər verir ki, iclasda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Zahid Orucun növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma