Menyu

Qərbi Azərbaycan İcması Ermənistan XİN-ə cavab verib

Redaksiya
Qərbi Azərbaycan İcması Ermənistan XİN-ə cavab verib

Qərbi Azərbaycan İcması bəyanat yayaraq Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib.

"Operativ Media" xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü il 19 dekabr tarixli açıqlaması ilə əlaqədar bildiririk ki, Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır.

Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir".

Teqlər:

"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131 Erm\u0259nistan X\u0130N-\u0259 cavab verib"

Əlaqəli Xəbərlər