Azərbaycanla İraq arasında siyasi məsləhətləşmələr haqqında memorandum təsdiqlənib
Nərmin Qocamanlı
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanı imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Xarici İşlər Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyinə həmçinin, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərmək tapşrılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net