Ceyhun Bayramov: Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə investisiyalı şirkət fəaliyyət göstərir
Nərmin Qocamanlı
2023-cü ilin ilk on ayı ərzində Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 ayındakı rəqəmi 15 faiz üstələyib.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma