Ermənistanla sərhədin delimitasiyası komissiyasının iclasları Azərbaycanda keçirilə bilər
Ermənistan hökumətinin iclasında Ermənistan və Azərbaycan dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komitənin iclaslarının və birgə işçi iclaslarının təşkili və keçirilməsi qaydası müzakirə edilib.
"Operativ Media" xəbər verir ki, Ermənistanın ədliyyə nazirinin müavini Ara Mkrtçyan bildirib ki, komissiyanın iclasları ardıcıl olaraq Ermənistanda, Azərbaycanda, Ermənistan-Azərbaycan sərhədində və 3-cü ölkədə, eləcə də videokonfrans formatında keçirlə bilər.
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, bu qərarla təşkilati məsələlər öz həllini tapacaq.
Qeyd edək ki, sonuncu dəfə 30 noyabrda Azərbaycan və Ermənistan sərhədində sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komitəsinin iclası keçirilib.