Menyu

Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülhün imzalanmasını real adlandırıb

Nərmin Qocamanlı
Paşinyan yaxın gələcəkdə Azərbaycanla sülhün imzalanmasını real adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

“Əgər Azərbaycan razılaşdırılmış saziş və prinsiplərdən əl çəkməsə, o zaman yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinin imzalanması çox real olacaq”,- o,qeyd edib.

Ermənistanın baş naziri qeyd edib ki, bir gün əvvəl Azərbaycan 32 hərbi əsiri Ermənistana təhvil verib. “Mən bu hadisəni sıfır nöqtə hesab etmək istərdim ki, bundan sonrakı bütün xəbərlər sülh müqaviləsinin imzalanması ehtimalının daha çox göstəricisi olsun, əksinə yox”, - deyə Paşinyan bildirib.

Teqlər:

"Pa\u015finyan yax\u0131n g\u0259l\u0259c\u0259kd\u0259 Az\u0259rbaycanla s\u00fclh\u00fcn imzalanmas\u0131n\u0131 real adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər