Menyu

Azərbaycan və Türkiyə miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Türkiyə miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün Cenevrədə keçirilən Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb.

“Operativ Media” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Görüş zamanı tərəflər əməkdaşlığın gələcək inkişafını, xüsusilə konsulluq və miqrasiya məsələlərini müzakirə ediblər.

“Biz hər zaman qardaş Azərbaycanı dəstəkləyirik. Bölgəmizdə firavanlıq və əmin-amanlıq naminə “Bir millət, iki dövlət” şüarı altında birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda deyilir.//Report//

Teqlər:

"Az\u0259rbaycan v\u0259 T\u00fcrkiy\u0259 miqrasiya sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131q m\u0259s\u0259l\u0259l\u0259rini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər