Menyu

ABŞ-nin Azərbaycandakı yeni səfir videomüraciət yayıb

Əziz Əzizli
ABŞ-nin Azərbaycandakı yeni səfir videomüraciət yayıb

ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi ölkəsinin regionda davamlı sülh üçün çalışacağını və Azərbaycanın inkişaf etdiyinin şahidi olacağını deyib.

"Operativ Media" xəbər verir ki, bunu səfir videomüraciətində deyib.

O qeyd edib ki, ABŞ-nin Azərbaycandakı 11-ci səfiri kimi fəalliyyət göstərməyə başlamağı səbirsizliklə gözləyir.

"ABŞ Xarici xidmətinin karyera üzvü kimi Brüsseldə Avropa İttifaqındakı missiyasında Polşa, Kipr, Baham adaları və İraqda olub. Mən Vaşinqtonda illərlə çalışmışam. Əslən ABŞ-ın Şimal Şərqindəki nyu-İnqlənd bölgəsindənəm. Həyat yoldaşımda Bakıda yaşamağı səbirsizliklə gözləyirəm. Oğlumuz ABŞ-dədir, o, Azərbaycana gəlmək və buranın gözəl yerlərini ziyarət etmək istəyir", - o deyib.

Mark Libbi vurğulayıb ki, ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildən, müstəqillik qazanandan bəri dəstəkləyir.

"Biz 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olmuşuq. Ümid edirəm ki, biz bu regionda olduğumuz müddətdə davamlı sülh üçün çalışıb, Azərbaycanın inkişaf etdiyinin şahidi olacağıq. Burada olduğum müddətdə Bakını gəzmək, onun əzəmətli yerlərini, Tarixi keçmişi olan İçəri şəhəri, Heydər Əliyev Mərkəzinin gözəl memarlığını görmək şansım oldu. Mən bu yerləri daha yaxından tanımağa, daha çox yerlər görməyi və milli təamlar dadmağı arzu edirəm. Artıq, dadlı Azərbaycan dolmasını və plovunu dadmışam. Xahiş edirəm başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün. Azərbaycanı yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm", - səfir bildirib

Azərbaycana təyin olunmuş Səfir Mark Libbinin salamlama mesajını sizinlə bölüşməkdən məmnunuq. Zəhmət olmasa, şərhlərdə hansı Azərbaycan yeməklərini dadması barədə təkliflərinizi yazın! 🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸🇦🇿🇺🇸 We are pleased to share with you a welcome message from Ambassador-designate Mark Libby. In the comments, please post your suggestions of what Azerbaijani dishes he should be sure to try!

Posted by U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyi on Saturday, December 9, 2023
" data-width="500" data-show-captions="true">

Teqlər:

"AB\u015e-nin Az\u0259rbaycandak\u0131 yeni s\u0259fir videom\u00fcraci\u0259t yay\u0131b"

Əlaqəli Xəbərlər