Böyük Britaniya Azərbaycan və Ermənistanın səylərini tam dəstəklədiyini bəyan edib
"Böyük Britaniya davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistanın səylərini tam dəstəkləyir".
"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti sosial şəbəkədə yazıb.
O, İrəvan və Bakının münasibətləri tənzimləmək niyyətlərini təsdiqləyən bəyanatdan məmnunluğunu ifadə edib.
Xatırladaq ki, Ermənistan baş nazirinin aparatı ilə Azərbaycan prezidentinin administrasiyası birgə bəyanat yaymışdı. Bəyanata əsasən, Azərbaycan 32 ermənini, Ermənistan isə iki azərbaycanlı hərbçini azad etməyə razılaşıb. Bundan başqa, digər bir sıra məsələlərdə də razılıq əldə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net