Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb
Nərmin Qocamanlı
Ərdoğan Fransanın Ermənistana hərbi dəstək vermək niyyətini təxribat adlandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan Yunanıstan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Fransa bilməlidir ki, Ermənistana xidmət göstərmir, əksinə. Əvvəllər Fransa Ermənistana böyük dəstək verirdi. Nə nəticə əldə etdilər? Ermənistan rəhbərliyi yaxın keçmişdən dərs almalıdır. Ermənistanın əlinə silah verənlər buna pislik olaraq edirlər”.