Menyu

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşündən danışıb

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşündən danışıb

İran xarici işlər naziri ilə Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Moskvada keçirdiyi ikitərəfli görüşlərdən danışan Azərbaycanın XİN başçısı beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlərin də keçirildiyini xatırladıb.

"Biz gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu", deyə Ceyhun Bayramov vurğulayıb.

Teqlər:

"Ceyhun Bayramov iranl\u0131 h\u0259mkar\u0131 il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcnd\u0259n dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər