Armen Qriqoryan Pentaqonun rəhbərinin köməkçisinin müavini ilə görüşüb
Redaksiya
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib.
"ABŞ-a işgüzar səfərim zamanı mən Laura Kuperlə görüşdüm. Biz ikitərəfli müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdik və regionumuzda (Cənubi Qafqazda - red.) sabitliyin təmin edilməsinin vacibliyini vurğuladıq".
"Operativ Media" xəbər verir ki, bu barədə Qriqoryan öz sosial şəbəkə hesabında bildirib.