TBMM üzvü: “Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması təəssüf doğurur“
Nərmin Qocamanlı
"Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri var. Bu əlaqələrimiz bölgədə sülh üçün böyük əhəmiyyət daşıyır".
"Operativ Media" xəbər verir ki, bu sözləri “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransda Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, millət vəkili Zafer Sırakaya söyləyib.
O, qeyd edib ki, keçmiş münaqişə Azərbaycan xalqı üçün ağır humanitar nəticələrlə yadda qaldı:
"Ermənistandan azərbaycanlıların qovulması və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılması təəssüf doğurur".