Lavrov-Mirzoyan danışıqlarının təfərrüfatları məlum olub
Nərmin Qocamanlı
Noyabrın 30-da Skopyedə ATƏT Nazirlər Şurasın çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri S.V.Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri A.S.Mirzoyan arasında qısa söhbət olub.
"Operativ Media" Rusiya XİN-nə istinadən xəbər verir ki, onlar ikitərəfli gündəliyin cari məsələlərini, o cümlədən beynəlxalq platformalarda və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Lavrov ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna, o cümlədən İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına əsaslanaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.
Müxtəlif səviyyələrdə gələcək təmaslara tələb təsdiqlənib.