Menyu

Rəisi və Ərdoğan arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Rəisi və Ərdoğan arasında telefon danışığı olub

İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb

Telefon danışığı zamanı Rəisi İran və Türkiyə arasında birgə əməkdaşlığın müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib.

Rəisi əlavə edib ki, Qəzza xalqı HAMAS vasitəsilə Qəzzanın gələcəyi üçün qərar verməlidir. ABŞ-ın müdaxilə etməyə və qərarlar verməyə haqqı yoxdur. ABŞ-ın müdaxiləsi uğursuzluğa məhkumdur.

Ərdoğan Tehran və Ankara arasındakı yaxşı və konstruktiv münasibətlərə toxunaraq bu münasibətləri imtiyazlı və müstəsna səviyyəyə qaldırmaq səylərini vurğulayıb.

O, həmçinin, ölkəsinin iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, sabah Iran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfər edəcəyi gözlənilirdi. İran mətbuatının məlumatına görə səfər təxirə salınıb.

Teqlər:

"R\u0259isi v\u0259 \u018frdo\u011fan aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"

Əlaqəli Xəbərlər