Yaxın Şərqdə münaqişə zamanı həlak olan fransızların sayı 30-u ötüb
Oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrail şəhərlərinə hücumundan sonra Fransa hakimiyyəti 31 fransızın öldüyünü təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə keçirdiyi mətbuat konfransında deyib.
O, HƏMAS-ın hücumunun nəticələrinə toxunub: "İndiyə qədər 31 soydaşımız həlak olub".
Onun sözlərinə görə, Qəzza zolağında ümumilikdə 200-dən çox girov saxlanılır, onların arasında 9-a qədər fransız da ola bilər. Makron girovları azad etmək üçün Qətərə vasitəçilik səylərinə görə təşəkkür edib.
Makron vurğulayıb ki, milliyyətindən asılı olmayaraq bütün girovlar azad edilməlidir.