İbrahim Rəisi: İran Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək etməyə hazırdır
Redaksiya
"Xarici müdaxilə regionda sülh və sabitliyə zərərlidir və İran Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək etməyə hazırdır".
"Operativ Media" "Mehr" Agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.
"İran Qafqaz ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”, - deyən Rəisi ABŞ və Qərb ölkələrinin regionda sülh və sabitliyin pozulmasında böyük rol oynadığını qeyd edib.