Menyu

Nazir: Zəngəzur dəhlizi Avrasiyada tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyası yaradacaq

Nazir: Zəngəzur dəhlizi Avrasiyada tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyası yaradacaq

Zəngəzur dəhlizi Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyası yaradacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxışı zamanı bildirib.

Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini vurğulayıb.

Teqlər:

"Nazir: Z\u0259ng\u0259zur d\u0259hlizi Avrasiyada tranzit potensial\u0131n\u0131n art\u0131r\u0131lmas\u0131 \u00fc\u00e7\u00fcn yeni ba\u011flant\u0131 arteriyas\u0131 yaradacaq"

Əlaqəli Xəbərlər